Yığmamız Avropa birinciliyində iştirak edəcək

1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi keçiriləcək. Yarışda 40-a yaxın ölkədən 416 atlet (196 qız və 220 oğlan) iştirak edəcək. Onların arasında Azərbaycan yığmasının üzvləri də var. Komandamız aşağıdakı heyətlə çıxış edəcək:

U-15 qızlar
Nuray Əbilova (40 kq), Aytən Əliyeva (59 kq), Arzu Qədimova (76 kq).

U-15 oğlanlar
Murad Həsənli (49 kq), Yunis Bayramov (67 kq), İsa Əliyev (73 kq), Hüseyn Heydərov (81 kq), Muhammədəli Məmmədzadə (96 kq).

U-17 oğlanlar
Amin Osmanov (55 kq), Turan Əliyev (67 kq), Ravin Alməmmədov (73 kq).

Paylaş
Şərh yaz