4-10 avqust tarixlərində Belarusda keçiriləcək II MDB Oyunlarında ağır atletika üzrə yarışlar təşkil olunacaq. Qrodno şəhərindəki Buz İdman Sarayının yarış zalında 150-dən çox idmançı medallar uğrunda mübarizəyə qoşulacaq. Onların arasında Azərbaycan yığmasının üzvləri də olacaq. Heyət aşağıdakı kimidir:
Qadın:
Fazilə İmanova (64 kq)
Kişilər:
Fuad Həsənov (67 kq), Paşa İbrahimli (73 kq), Nurlan Rəsulov (81 kq), Əli Şükürlü və Dadaş Dadaşbəyli (hər ikisi – 109 kq).