Ağır atletika üzrə qadınlardan ibarət yığma komandamız Moldovaya təlim-məşq toplanışına yollanıb. Atletlərimiz Natalya Prişepa və onun köməkçisi Təranə Abbasovanın rəhbərliyi altında hazırlıq keçəcək, qarşıdakı beynəlxalq yarışlara optimal formada çıxmağa çalışacaqlar.
Yığmamız Kişinyov şəhərinin yaxınlığındakı İvança qəsəbəsində inşa edilən AAAF Park İdman və Yaşayış Kompleksindəki təlim-məşq bazasında məksunlaşacaq. Toplanış oktyabrın 1-nə qədər davam edəcək.