Yığmamız tibbi yoxlanışdan keçib

Oktyabrın 9-da ağırlıqqaldırma üzrə yığma komandanın üzvləri Azərbaycan Bədən Tərbiyəsi və İdman Akademiyasının Elmi-Tədris Laboratoriyasında tibbi yoxlanışdan keçiblər. İdmançılardan bir sıra testlər götürülüb. Bura ilkin tibbi baxış, əzələ fəaliyyətinin qiymətləndirilməsi (Muscle function screening incl. core stability), bədənin xüsusi tərkibinin ölçülməsi (Body composition measurement), stabilometriya (Biodex Balance), 3-D antropometriya (3-D anthropometry), rəyin Ultrasəs müayinəsi (Exokardioqrafiya), elektrokardioqrafiya (EKQ), laktat və psixoloji testlər daxil olub. Proqram hər idmançı üçün fərdi olaraq, Böyük Britaniyanın UCL Universitetinin kliniki protokollarından və ComplexCore bərpaedici fiziki hərəkətlər kompleksindən istifadə edilməklə icra olunub.
Yoxlanışın keçirilməsində məqsəd idmançıların fiziki hazırlıqlarının tam yoxlanılması, məlumatlardan istifadə edilərək uzunmüddətli hazırlıq planlarının tərtib edilməsi, onun səmərəli həyata keçirilməsinə dəstək olmaqdır.

VİDEO

Paylaş
Şərh yaz