Yığmamızın böyük məşqçisi Avropa çempionatında yarışdı

Xorvatiyanın Split şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçirilir. 42 ölkədən 324 atletin (144 qadın və 180 kişi) iştirak etdiyi yarışda Azərbaycanın da imzası var. Belə ki, ölkəmizin qadınlardan ibarət yığma komandasının böyük məşqçisi Natalya Prişepa körpücük üzərinə çıxıb. O, 75 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançı karyerasını hələ də davam etdirən Prişepa, vətəni Moldovanın şərəfini qoruyub.

Natalya birdən qaldırma hərəkətində 98 kq, təkanla qaldırmada isə 120 kq-ı ram edib. 28 yaşlı atlet toplam 218 kq (98+120) nəticə ilə Avropa çempionatında 4-cü yeri tutub.

Paylaş
Şərh yaz