1-10 iyul tarixlərində Moldovanın paytaxtı Kişineuda keçirilən 15 və 17 yaşlı yeniyetmə oğlan və qızlar arasında Avropa birinciliyi davam edir. Yarışda 40-a yaxın ölkədən 356 atlet (165 qız və 191 oğlan) iştirak edir. Onların arasında Azərbaycan yığmasının üzvləri də var.
Körpücük üzərinə növbəti olaraq Yunis Bayramov çıxıb. O, yaşı 15-ə qədər olan oğlanlar arasında 67 kq çəki dərəcəsində mübarizə aparıb.
Atletimiz birdən qaldırma hərəkətində 99 kq-ı ram edib və bu hərəkətdə Avropa birinciliyinin bürünc mükafatçısı olub.
Yunis təkanla qaldırma hərəkətində 112 kq-ı qaldırıb və bu hərəkətdə 4-cü olub.
Toplam 211 kq (99+112) nəticə göstərən Bayramov yekun sıralamada 4-cü yeri tutub.
Təbrik edirik!