10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib. Yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.
Komandamızdan qızlardan körpücük üzərinə ilk olaraq Zəhra Niftəliyeva çıxıb. O, yaşı 15-ə qədər olan atletlər arasında 71 kq çəki dərəcəsində mübarizə aparıb.
Idmançımız 117 kq (53+64) nəticə ilə yekun sıralamada 10-cu yeri tutub.