Seçmə mərhələ yarışları keçiriləcək

26 yanvar – 01 fevral tarixlərində Azərbaycanın bütün bölgələrini əhatə edən ağır atletika üzrə Respublika yarışlarının 1-ci seçmə mərhələsi yarışları keçiriləcək. Məqsəd regionlarda atletlərin hazırlıq durumlarının yoxlanılması, ehtiyat qüvvənin nəzərdən keçirilməsi, güclü idmançıların seçilməsi, ağır atletika idman növünün şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçılər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyəsinin artırılması və təkmilləşdirilməsidir.

Yarışlar Xırdalan, Lənkəran və Samux şəhərlərində keçiriləcək. Xırdalanda yanvarın 26-27-də Sumqayıt, Xırdalan, Qobustan, Şamaxı, İsmayıllı və Bakıdan (bütün idman cəmiyyətləri) olan atletlər mübarizəyə qoşulacaqlar. 29-30 yanvar tarixlərində Lənkəranda Cəlilabad, Neftçala, Lənkəran, Lerik və Astaranı, fevralın 1-2-də Samuxda Goranboy, Gəncə, Samux, Qazax, Şəki və Qaxı təmsil edən atletlər körpücük üzərinə çıxacaqlar.

Yarış şəxsi xarakter daşıyır və iştiraka yalnız texniki cəhətdən hazırlıqlı, yaşı ən azı 10 olan idmançılar buraxılacaqlar. Zona turnirində 2007, 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999-cü il və daha böyük təvəllüdlü kişilər və qadınlar, müvafiq yaş qruplarında mübarizə aparacaqlar, qaliblər Sinkleyr cədvəli üzrə müəyyən ediləcəkdir.

Seçmə mərhələ yarışlarına qatılacaq idmançıların ilkin yanaşma tələbləri:

Çəki dərəcələri/kq/ 16 yaş /kq/ 15 yaş /kq/ 14 yaş /kq/ 13 yaş /kq/ 12 yaşadək /kq/
1 26 65 55 45 35 30
2 30 70 60 50 40 35
3 34 75 65 55 45 40
4 38 80 70 60 50 45
5 42 85 75 65 55 50
6 46 90 80 70 60 55
7 50 95 85 75 70 60
8 56 105 90 80 75 65
9 62 115 100 85 80 70
10 69 130 110 90 85 75
11 +69 145 125 105 95 85

* 17 yaşlı idmançılar üçün ilkin yanaşma – III  dərəcə

* 18 yaş və daha böyüklər üçün ilkin yanaşma – II dərəcə

Seçmə mərhələ yarışları təqvim planına əsasən 3 zona üzrə ildə 4 dəfə keçiriləcəkdir.

 

Yarışların vaxt cədvəli ilə aşağıdakı cədvəllərdə tanış ola bilərsiniz:

Abşeron. 26-27 yanvar.

Qrup Yarış
26 yanvar
Qadınlar 11:00
2007-06-05-ci illər 13:00
2004-cü illər və “Zirvə” Liseyi 15:00
2003-cü illər 17:00
2002-ci illər
27 yanvar
2001-ci illər 11:00
2000-ci illər 13:00
1999-cu illər və yuxarı. B qrupu 14:30
1999-cu illər və yuxarı. A qrupu 16:30

 

Lənkəran. 29-30 yanvar.

Qrup Yarış
29 yanvar
Qadınlar və 2007-ci il oğlanlar 11:00
2006-cı illər 12:30
2005-ci illər 14:00
2004-cü illər 16:30
2003-cü illər 19:30
30 yanvar
2002-ci illər 11:00
2001-ci illər 13:30
2000-ci illər 15:30
1999-cu illər və yuxarı. 16:30

 

Samux. 1-2 fevral

Qrup Yarış
1 fevral (Gəncə, Şəki, Qax, Yevlax)
Qadınlar və 2007-06-cı il oğlanlar 11:00
2005 və 2004-cü illər 13:00
2003 və 2002-ci illər 15:00
2001 və 2000-ci illər 17:00
1999-cu illər və yuxarı. 19:00
2 fevral (Goranboy, Samux, Qazax)
Qadınlar və 2007-06-cı il oğlanlar 11:00
2005 və 2004-cü illər 13:00
2003 və 2002-ci illər 15:00
2001 və 2000-ci illər 17:00
1999-cu illər və yuxarı. 19:00

 

Paylaş
Şərh yaz